Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazov kadr islahatı çərçivəsində daha bir əmr imzalayıb.
E-huquq.az-ın məlumatına görə, nazirin əmri ilə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin vəzifəli şəxsi, polis polkovnik-leytenantı Tərlan Zeynalov vəzifəsindən azad olunaraq Bakı Şəhər Baş Polis İdarəsinin Təhqiqat şöbəsinin rəisi təyin edilib.
BBPİ-nin mətbuat katibi, polis mayoru Elşad Hacıyev e-huquq.az-a məlumatı təsdiqləyib.
