Terrorçuluq barədə bilə-bilə yalan məlumat verməkdə təqsirləndirilən Cəmaləddin Cəfərovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
E-huquq.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası iyunun 10-na təyin edilib.
Qeyd edək ki, Cəmaləddin Cəfərov Cinayət Məcəlləsinin 216-cı (Terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə ittiham olunur. Həmin maddənin sanksiyasında beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulub.
Humay Eminqızı
