Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən e-huquq.az-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq, mülayim cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 4-7° isti, gündüz 11-16° isti, Bakıda gecə 4-6° isti, gündüz 14-16° isti olacaq.
