Məzmuna keç

DİN paytaxtda baş verən dəhşətli qəza ilə bağlı məlumat yaydı

DİN paytaxtda baş verən dəhşətli qəza ilə bağlı məlumat yaydı

Daxili İşlər Naziriyi paytaxtda iki nəfərin öldüyü qəza ilə bağlı məlumat yayıb.

E-huquq.az xəbər verir ki, hadisə martın 7-də saat 23 radələrində Suraxanı qəsəbəsi A.Rzayev küçəsində baş verib.

Bakı şəhər sakinləri Y.Nadirovun idarə etdiyi “KİA” və Şəhriyar Həsənovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub.

Nəticədə Ş.Həsənov və sərnişinlərindən anası Minayə Hüseynova hadisə yerində ölüb, 3 sərnişini isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Suraxanı rayon Polis İdarəsində araşdırma aparılır.