Məzmuna keç

Bakıda ölümlə nəticələnən insident: Deputat Arzuxan Əlizadənin oğlu saxlanıldı – YENİLƏNDİ

Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı bəzi təfərrüat məlum olub.

E-huquq.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisənin baş verdiyi ərazidə görüşü deputat Arzuxan Əlizadənin oğlu Əhməd təşkil edibmiş.

Onun məqsədi bir-biri arasında münaqişə olan tərəfləri barışdırmaq olub.

***

13:25

Bakıda kütləvi davanın baş verdiyi ərazi məlum olub.

E-huquq.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu, General Şıxlınki küçəsi, 36 ünvanındakı “Ab Hava” restoranın ikinci mərtəbəsindəki kabinetdə qeydə alınıb.

Hadisədən əvvəl 5 nəfər kabinetdə oturub çay içib, qəlyan çəkirmiş. Bir müddətdən sonra kabinetə daha 4 nəfər daxil olub və mübahisə başlayıb. Mübahisə nəticəsində kabinetdə bir nəfər bıçaqlanıb. Daha sonra dava restoranın foyesində davam edib.

Məlumata görə, qətlə yetirilən Ceyhun adlı şəxs bir nəfəri bıçaqlayandan sonra foyeyə qaçıb.

Bu vaxt digər şəxslər onun arxasınca gəlib və foyedə yaxalayıblar. Ceyhun hadisə yerində qətlə yetirilib.

***

13:20

Bakıda baş verən kütləvi dava ilə bağlı cinayət işi başlanılıb.

E-huquq.az xəbər verir ki, faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Hadisənin digər iştirakçılarının axtarışları davam etdirilir.

***

Bakıda kütləvi dava olub.

Bu barədə e-huquq.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, insidentdə iştirak edən 9 nəfər polis tərəfindən müəyyən olunaraq saxlanılıb.

Hazırda əməliyyat-axtarış tədbirləri davam etdirilir.