Məzmuna keç

“Rusiya ilə Ukrayna arasında danışıqların məhsuldar olacağına ümid edirik” –

İstanbulda Rusiya ilə Ukrayna arasında danışıqlara başlamazdan əvvəl Türkiyənin xarici işlər naziri Hakan Fidan açılış nitqi ilə çıxış edib.

E-huquq.az “Lenta.ru”ya istinadən xəbər verir ki, nazir danışıqların məhsuldar olacağına ümid etdiyini bildirib.

“Biz, ilk növbədə, danışıqların məhsuldar olacağını, konkret irəliləyişin əldə ediləcəyini və ən qısa müddətdə istənilən nəticənin əldə olunacağını gözləyirik”, – deyə o bildirib.

Hakan Fidan, həmçinin Ankaranın Ukrayna münaqişəsinin həllinə kömək etmək üçün bütün mümkün addımları atmağa hazır olduğunu vurğulayıb və tərəflərə danışıqlar platforması kimi Türkiyəyə göstərdikləri etimada görə təşəkkür edib.

Humay Eminqızı