Məzmuna keç

Gürcüstan 91 əcnəbini deportasiya edib

Gürcüstanın Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti son günlər ərzində 91 əcnəbi vətəndaşı ölkədən deportasiya edib.

E-huquq.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, deportasiya edilənlər arasında Azərbaycan, Ermənistan, Misir, Hindistan, İordaniya, İraq, Konqo, Çin, Nigeriya, Pakistan, Rusiya, Sudan, Türkiyə, Türkmənistan, Tailand, Tacikistan, Özbəkistan, Uqanda, Filippin və digər ölkələrin vətəndaşları var.

Deportasiya edilən şəxslərin Gürcüstana girişinə qadağa qoyulub.

Qeyd edək ki, Gürcüstanda 2025-ci ildən etibarən qeyri-qanuni miqrantlara qarşı mübarizə gücləndirilib. Miqrasiya qanunvericiliyinə edilən dəyişikliklər deportasiya və miqrantların yoxlanılması prosedurlarını sadələşdirib.

Rəsmi məlumata görə, cari ilin əvvəlindən Gürcüstandan 3,7 mindən çox əcnəbi deportasiya edilib. Onların 250-dən çoxu Rusiya vətəndaşıdır.