Məzmuna keç

İsrailin Qəzza zolağındakı məktəbə hücumu nəticəsində 18 nəfər ölüb

İsrailin Qəzza zolağının cənubundakı Xan Yunis şəhərində məktəbə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 18-ə çatıb.

E-huquq.az xəbər verir ki, bu barədə "Əl-Cəzirə" telekanalı məlumat yayıb.

Məlumata görə, İsrailin pilotsuz təyyarəsinin Xan Yunis qərbində məcburi köçkünlərin qaldığı məktəbdə çadırlara endirdiyi zərbə nəticəsində uşaqlar da daxil olmaqla 18 nəfər həlak olub.

Humay Eminqızı