Məzmuna keç

Mikroavtobusla minik avtomobili toqquşub: yaralılar var

Türkiyənin İstanbul şəhərində ağır yol qəzası baş verib.

E-huquq.az xəbər verir ki, İstanbulun Avcılar səmtində mikroavtobusla minik avtomobilinin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb.

Hadisə yerinə yanğınsöndürmə, polis və tibb qrupları cəlb edilib.

Mikroavtobusda sıxılmış vəziyyətdə qalan 2 nəfər yanğınsöndürənlər tərəfindən çıxarılıb.

Qəzada yaralanan 4 nəfər təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.

Şəbnəm Mehdizadə