Məzmuna keç

Ermənistanda keçiriləcək parlament seçkilərinin vaxtı açıqlandı

Ermənistanda parlament seçkiləri 2026-cı il iyunun 7-də keçiriləcək.

E-huquq.az xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan bildirib.

"Bu gün 7 iyundur. Ermənistanın növbəti parlament seçkilərinə düz bir il qalıb. Seçki 2026-cı il iyunun 7-də keçiriləcək", – A.Simonyan bildirib.