Məzmuna keç

Avtomobilin baqajında 9 qanunsuz miqrant aşkarlandı

Türkiyənin Sakarya şəhərində 9 qanunsuz miqrant saxlanılıb.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Sakaryanın Hendek rayonunda magistral yolda yoxlamalar aparılıb.

Bu zaman saxlanılan avtomobilin baqajında 9 qeyri-qanuni miqrant aşkarlanıb.

Nəqliyyat vasitəsinin sürücüsü həbs edilib, miqrantlar isə deportasiya olunub.

Hadisə ilə bağlı araşdırma aparılır.

Şəbnəm Mehdizadə