Məzmuna keç

Türkiyədə ağır qəza: 16 nəfər yaralandı

Türkiyənin Bolu şəhərində yük maşını ilə sərnişin mikroavtobusu toqquşub.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə nəticəsində mikroavtobusda olan 16 sərnişin xəsarət alıb.

Həyatı təhlükəsi olmayan yaralılara ilkin tibbi yardım göstərildikdən sonra Gerede Rayon Dövlət Xəstəxanasına çatdırılıb.

Şəbnəm Mehdizadə