Türkiyənin Mardin şəhərində məhkəmə hakimi intihar edib.
E-huquq.az "Hukuki Haber"ə istinadən xəbər verir ki, Mardinin Artuklu rayonunda hakim qaldığı otel otağında öz silahı ilə intihara cəhd edib.
Silah səsini eşidən otel işçiləri A.H-nin qaldığı otağa daxil olub.
Hadisə yerinə dərhal tibb və polis qrupları göndərilib.
Oteldə ilkin tibbi yardım alan A.H daha sonra təcili yardımla Mardin Araşdırma Xəstəxanasına aparılıb.
Hakimin başından ağır yaralandığı və vəziyyətinin ağır olduğu bildirilib.
Hadisə ilə bağlı geniş araşdırmalara başlanılıb.
Şəbnəm Mehdizadə
