Məzmuna keç

Azərbaycan Ordusunun polkovniki vəfat etdi

Azərbaycan Ordusunun zabiti vəfat edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən e-huquq.az-a verilən məlumata görə, Azərbaycan Ordusunun zabiti, polkovnik-leytenant Anar Kərimov uzun sürən xəstəlikdən sonra martın 10-da qaraciyər serrozundan dünyasını dəyişib.

"Ermənistan mətbuatının Anar Kərimovun düşmən tərəfindən öldürülməsi barədə yaydığı məlumat yalandır", – deyə məlumatda qeyd olunur.