Məzmuna keç

İranın Baş Qərargah rəisi israilliləri Təl-Əviv və Hayfanı tərk etməyə çağırdı

İranın Baş Qərargah rəisi Əbdülrəhim Musəvi israilliləri “canlarını xilas etmək üçün” Təl-Əviv və Hayfanı tərk etməyə çağırıb.

E-huquq.az xəbər verir ki, bu barədə “Al Alam” telekanalı məlumat yayıb.

“İndiyədək həyata keçirilən əməliyyatlar bir növ xəbərdarlıq olub. Təl-Əviv və Hayfadakı insanlara canlarını xilas etmək üçün əraziləri tərk etmələri barədə xəbərdarlıq edilib”, – deyə o bildirib.