Məzmuna keç

Moskvada ticarət mərkəzində güclü yanğın baş verib

Rusiyanın Moskva şəhərində yerləşən "Metropolis" ticarət mərkəzində yanğın baş verib.

E-huquq.az “Lenta.ru”ya istinadən xəbər verir ki, ilkin məlumatlara görə, yanğın binanın mənfi birinci mərtəbəsində başlayıb və digər hissələrə keçib.

Binadan 30 nəfər təxliyə edilib.

Yanğın qısa müddət ərzində söndürülüb.

Humay Eminqızı