Məzmuna keç

Qızlarının məzun gününə gedərkən qəzaya düşdülər:

Türkiyənin Van şəhərinin Başkale rayonunda qızlarının məzuniyyət mərasiminə gedən ailə qəzaya düşüb.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ağır yol qəzasında 1 nəfər ölüb, 4 nəfər yaralanıb.

Qəza yerinə təcili tibbi yardım, jandarma və xilasetmə qrupları cəlb edilib.

Yaralılar təcili yardımla Başkale Dövlət Xəstəxanasına aparılıb.

Humay Eminqızı