Məzmuna keç

İsrail Qəzzada yardım gözləyənləri hədəf aldı:

İsrail ordusu Qəzza zolağının mərkəzində Nusayratın şimalında yerləşən Vadi Qəzza bölgəsində yardım gözləyən fələstinliləri pilotsuz uçuş aparatları və hərbi mexanizmlərlə hədəfə alıb.

E-huquq.az xəbər verir ki, bu barədə Fələstinin rəsmi agentliyi “WAFA” məlumat yayıb.

İlkin məlumata görə, hücumda 16 fələstinli ölüb, 100-ə yaxın fələstinli isə yaralanıb.

Humay Eminqızı