Prezident İlham Əliyevin “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 19 fevral 2019-cu il tarixli fərmanının icrası ilə əlaqədar Bakıda bir çox binanın istismara qəbulu prosesi bu il də diqqətdə saxlanılır.
Bu barədə e-huquq.az-a “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Məlumata görə, fərmandan irəli gələn məsələlərin operativ həlli məqsədilə “Azəriqaz” müvafiq tədbirləri davam etdirir. Belə ki, 2020-ci il yanvar ayının 7-dən fevral ayının 29-na qədər 112 yaşayış binası üzrə 5 097 mənzil təbii qazla təmin olunub.
