Məzmuna keç

Bakıda və Abşeron yarımadasında 7 mm-dək yağıntı qeydə alınıb – FAKTİKİ HAVA

Bu gün saat 10:00-a olan məlumata əsasən ölkə ərazisinin əksər yerlərində hava şəraiti yağıntılı keçib.

E-huquq.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv və güclü olub.

Şahdağ və Kəlbəcərin yüksək dağlıq ərazilərinə isə qar yağıb.

Qar örtüyünün hündürlüyü Şahdağda 3 sm-dir.

Bakıda və Abşeron yarımadasında 7 mm-dək yağıntı qeydə alınıb.

Respublikanın rayonlarında düşən yağıntının miqdarı: Kişçayda (Şəki) 47, Zaqatalada 44, Sarıbaşda (Qax) 17, Ağsuda 7, Xızı, Hacıqabulda 6, Qobustan, Oğuz, Balakən, Şamaxı, Qusar, Xınalıq, Saatlı, Quba, Xaltan, Şahbuz, Culfa, Ordubad, Gədəbəy, Göygöl, Şəmkir, Tovuz, Göyçay, Sabirabad, Salyan, Astara, Lerik, Şabran, Bərdə, Göyçay, Zərdab, Beyləqan, Biləsuvar, Astara, İmişli, Kürdəmir, Qrız, Ağdam, Qubadlı, Füzuli, Kəlbəcər, Zəngilan, Şuşada 4 mm-dək qeydə alınıb.

Oktyabrın 23-də saat 23:15 radələrində Şəki rayonunun Oxud və Kişçay kəndlərinə diametri 5-7 mm olan dolu düşüb.