Məzmuna keç

ABŞ İranın üç nüvə obyektinə zərbələr endirdi

ABŞ Hərbi Hava Qüvvələri İranın üç nüvə obyektinə zərbələr endrib.

E-huquq.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Trampın “Truth” hesabında məlumat verib.

"Biz İranın üç nüvə obyektinə, o cümlədən Fordo, Natanz və İsfahana yüksək uğurlu hücumumuzu başa çatdırdıq. Bütün təyyarələr hazırda İranın hava məkanından kənardadır. Bütün təyyarələr sağ-salamat evlərinə qayıdırlar", – Tramp yazıb.