Məzmuna keç

Dövlət əleyhinə çağırışlarda təqsirləndirilən şəxsin məhkəməsi başladı

Dövlət əleyhinə çağırışlarda təqsirləndirilən Mehman Məmmədovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası 7 iyul tarixinə təyin edilib.

Qeyd edək M.Məmmədov barəsində Cinayət Məcəlləsinin 281.2 (Dövlət əleyhinə yönələn açıq çağırışlar, təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddəsilə ittiham irəli sürülüb.

Humay Eminqızı