Məzmuna keç

Rusiya Ukraynaya casusluqda ittiham olunan şəxsi saxladı

Hərbi nəqliyyat infrastrukturuna və hərbi hissələrin yerləşdiyi ərazilərə dair məlumat topladığı üçün saxlanılan Krım sakini dindirilmə zamanı Ukrayna Təhlükəsizlik Xidmətinə işlədiyini etiraf edib.

E-huquq.az xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.

“Mənimlə Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları əlaqə saxladılar. Onlara hərbi avtomobillərin hərəkəti ilə bağlı məlumat ötürürdüm”, – deyə təqsirləndirilən şəxs bildirib.

Qeyd edək ki, təqsirləndirilən şəxs partlayıcı qurğu hazırlamaq məqsədilə çəkisi 1 kiloqramdan artıq olan partlayıcı maddəni gizlədilmiş yerdən çıxarmağa cəhd edərkən saxlanılıb.

Onun barəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 275.1-ci maddəsi (xarici dövlət, beynəlxalq və ya xarici təşkilatla məxfi əsaslarla əməkdaşlıq) üzrə cinayət işi başlanıb.

Humay Eminqızı