Məzmuna keç

Fransada təyyarə qəzası nəticəsində üç nəfər ölüb

Fransanın paytaxtı Parisdən təxminən 100 km aralıda Şartr şəhəri yaxınlığında kiçik mühərikli təyyarə qəzası nəticəsində üç nəfər ölüb.

E-huquq.az xəbər verir ki, bu barədə "Le Parisien" qəzeti məlumat yayıb.

“Təyyarə yaşayış massivində qəzaya uğrayıb, lakin yaşayış binalarının üzərinə düşməyib”, – məlumatda bildirilib.

Polis hadisənin baş verdiyi ərazini mühasirəyə alıb, hadisə yerində təcili yardım xidmətləri işləyir.

Qəza ilə bağlı araşdırma aparılır. Hadisənin səbəbi açıqlanmır.