Məzmuna keç

Əmanətlərin tam sığortalanmasının müddəti uzadıldı

Əmanətlərin tam sığortalanmasının müddəti uzadıldı

“Əmanətlərin tam sığortalanması haqqında” qanun layihəsi Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

E-huquq.az xəbər verir ki, qanun layihəsi barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məlumat verib.

Komitə sədri bildirib ki, “Əmanətlərin tam sığortalanması haqqında” qanun 2016-cı il martın 4-dən qüvvəyə minib və bu il martın 4-də qüvvədə olma müddəti başa çatıb: “Prezident İlham Əliyevin imzası ilə daxil olan yeni sənəddə əmanətlərin tam sığortalanması müddətinin bu il dekabrın 4-dək uzadılması nəzərdə tutulur”.

Sənəd müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.