Məzmuna keç

Tramp: Mən İranı dayandırmasaydım, İsrail və bütün Yaxın Şərq artıq mövcud olmaya bilərdi

ABŞ prezidenti Donald Tramp bildirib ki, onun müdaxiləsi olmasaydı, İran nüvə silahına sahib ola bilərdi.

E-huquq.az xəbər verir ki, onun sözlərinə görə, bu isə İsrailin və bütün Yaxın Şərqin mövcudluğunu təhlükə altına atardı.

“Heç kim bu barədə danışmaq istəmir, lakin hamı bunun həqiqət olduğunu bilir”, – Tramp vurğulayıb.