Məzmuna keç

Türkiyədə zəlzələ oldu

Bu gün Türkiyə vaxtı ilə saat 08:20-də (Bakı vaxtı ilə saat 09:20) Ankaranın Çubuk rayonunda 3.6 bal gücündə zəlzələ baş verib.

E-huquq.az xəbər verir ki, bu barədə ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) məlumat yayıb.

Zəlzələ 10.62 kilometr dərinlikdə baş verib.

Dağıntılar barədə məlumat verilməyib.