Məzmuna keç

Londonda anomal istilərdə 263 nəfər ölüb

Böyük Britaniya və Avropaya təsir edən istilər səbəbindən Londonda təqribən 263 nəfər həyatını itirib.

E-huquq.az xəbər verir ki, “Imperial College London” və ‘London School of Hygiene and Tropical Medicine”nin tədqiqatçıları bu ölümlərin 173-nün birbaşa iqlim böhranının nəticəsi olduğunu müəyyən ediblər.

“World Weather Attribution” qrupu tərəfindən dərc edilən araşdırmalar göstərib ki, iqlim böhranı Avropada istiliklə bağlı ölümləri üç dəfə artırıb.

Humay Eminqızı