Milli Məclisin növbəti plenar iclası başlayıb.
E-huquq.az xəbər verir ki, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclasın gündəliyinə 4 məsələ daxil edilib.
Parlamentin bu gün keçirilən iclasında İnzibati Xətalar, Cinayət Məcəlləsinə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunlara dəyişiklik layihələri müzakirə ediləcək.
***
10:06
Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.
E-huquq.az xəbər verir ki, iclasın gündəliyinə 4 məsələ daxil edilib.
Belə ki, iclasda İnzibati Xətalar, Cinayət Məcəlləsinə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunlara dəyişiklik layihələri müzakirə ediləcək.
