Məzmuna keç

Ali Məhkəmənin kollektivi Zəfər Günü münasibətilə Zəfər Parkını ziyarət etdi

8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan Respublikası Ali Məhkəməsinin və Məhkəmə-Hüquq Şurasının kollektivi Zəfər Parkını ziyarət edib.

E-huquq.az xəbər verir ki, ziyarətçilər parkdakı Zəfər abidəsinin önünə gül dəstələri düzüb, Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.