Məzmuna keç

FHN çimərliklərdə təhlükəsizlik qaydaları haqqında əhaliyə yenidən müraciət etdi –

Kütləvi maarifləndirmə işlərinə baxmayaraq, bəzi vətəndaşlar tərəfindən çimərliklərdə təhlükəsizlik qaydalarına əməl olunmaması sonda acı nəticələrə səbəb olur.

E-huquq.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) çimərliklərlə bağlı təhlükəsizlik qaydaları haqqında əhaliyə yenidən müraciət edib.

Müraciətdə qeyd edilib ki, əhaliyə su hövzələrində, o cümlədən çimərliklərdə təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırış olunur.

Nazirlik bildirib ki, aşağıdakılar qadağandır:

– çimərlik kimi nəzərdə tutulmamış ərazilərdə çimmək;

– çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək;

– küləkli havada dənizə girmək;

– çimərlikdə gecələmək;

– sərxoş halda çimərlikdə olmaq;

– suda kobud hərəkətlər etmək;

– çimərlikdə balıq tutmaq;

– xilasetmə texnikasından başqa digər qayıq və kiçik gəmilərlə çimərliyə daxil olmaq!

Yadda saxlayın:

– çimərlikdə uşaqlar nəzarətsiz qalmamalı, xəbərdaredici nişan və lövhələrin göstərişlərinə, xilasedicilərin çağırış və tələblərinə sözsüz əməl edilməlidir!

– qızmar günəş altında fasiləsiz dayanmaq, hava qaraldıqdan sonra suya daxil olmaq təhlükəlidir!

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!