İranın Fars ostanında sərnişin avtobusunun aşması nəticəsində 22 nəfər ölüb.
E-huquq.az xəbər verir ki, bu barədə ostanın təcili yardım xidmətindən bildirilib.
Qəza Firuzabad və Kevar şəhərləri arasındakı yolda baş verib.
“Təəssüf ki, bu faciəli hadisə nəticəsində avtobusda olan 58 sərnişindən 22-si ölüb, 36 nəfər xəsarət alıb", – məlumatda deyilir.
Bəzi sərnişinlərin vəziyyətinin ağır olduğunu nəzərə alaraq, ölənlərin sayının arta biləcəyi ehtimal edilir.
