Məzmuna keç

Şirvanda yük avtomobili yandı

Şirvan şəhərində “Ford” markalı yük avtomobilinin mühərrik hissəsində elektrik avadanlıqları yanıb.

Bu barədə e-huquq.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.