Məzmuna keç

Sumqayıtda dənizdə batan şəxsin meyiti tapıldı

Sumqayıtda dənizdə bədbəxt hadisə baş verib.

E-huquq.az xəbər verir ki, hadisə Xəzər dənizinin Hacı Zeynalabdin qəsəbəsindən keçən sahil hissəsində qeydə alınıb.

Məlumata görə, Asif Muxtarov adlı şəxs dənizdə çimərkən batıb.

Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.