Məzmuna keç

Sabah pensiyalar tam ödəniləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu sabah respublika üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılmasını nəzərdə tutub.

E-huquq.az xəbər verir ki, bu barədə fond məlumat yayıb.

Həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.