Məzmuna keç

Toyda 91 nəfər yeməkdən zəhərləndi

Türkiyənin Kastamonu şəhərində keçirilən toy mərasimində kütləvi zəhərlənmə hadisəsi baş verib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, toy mərasimində yemək yedikdən sonra halı pisləşən 91 nəfər ürəkbulanma və qusma şikayətləri ilə xəstəxanalara müraciət edib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Humay Eminqızı