Məzmuna keç

Axtarışda olan şəxs silahlı müqavimət göstərdiyinə görə polis silah tətbiq etdi –

Axtarışda olan, əvvəllər dəfələrlə məhkum olunmuş 30 yaşlı Fərid Məmmədov Gəncə şəhərində saxlanılarkən polis əməkdaşlarına silahlı müqavimət göstərərək qaçmağa cəhd edib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan e-huquq.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən xidməti tabel silahı tətbiq etməklə cəhdin qarşısı alınıb. Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxşdir.

Faktla bağlı araşdırma aparılır

***

18.50

Gəncədə güllələnmə hadisəsi baş verib.

E-huquq.az xəbər verir ki, hadisə şəhərin mərkəzi küçələrindən birində qeydə alınıb.

Orta yaşlı kişi aldığı güllə yarası ilə yaxınlıqdakı xəstəxanalardan birinə yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb ediliblər, araşdırma aparılır.