Rusiyada radarlardan itən "An-24" sərnişin təyyarəsinin qalıqları Tındadan 15 km məsafədə aşkar edilib.
E-huquq.az Rusiya KİV-ə istinadən xəbər verir ki, qəzaya uğrayan “An-24” təyyarəsinin bütün sərnişinləri həlak olub.
***
Rusiyanın şərqindəki Amur vilayətində təxminən 50 nəfərin olduğu "An-24" sərnişin təyyarəsi ilə əlaqə kəsilib.
E-huquq.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Sibirin Anqara adlı aviaşirkətinə məxsus təyyarənin Çin sərhədində, Amur vilayətinin Tinda şəhərinə yaxınlaşarkən radar ekranlarından itdiyini bildirib.
Regionun qubernatoru Vasili Orlov bildirib ki, ilkin məlumatlara görə, təyyarədə 5-i uşaq olmaqla 43 sərnişin və altı ekipaj üzvü olub.
Onun sözlərinə görə, təyyarənin axtarışı üçün bütün lazımi qüvvələr və resurslar səfərbər edilib.
Şəbnəm Mehdizadə
