Tailand və Kamboca arasında silahlı toqquşmalar gedir.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Tailand ordusu gərginliyin artması səbəbindən bütün sərhəd keçidlərini müvəqqəti olaraq bağlayıb.
Tailand hərbi rəsmisi Surasant Konqsiri bildirib ki, Kamboca bu səhər sərhədə pilotsuz uçuş aparatları (PUA) və reaktiv yaylım atəşi sistemləri ilə təchiz olunmuş qoşunlar yerləşdirib.
"Kamboca əsgərləri əsgərlərimizə atəş açıblar. Hərbçilərimi özünümüdafiə məqsədilə qarşı tərəfə cavab verib" – deyə o bildirib.
Toqquşmaların dəqiq nəticəsi ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Rəsmilər mülki şəxslərin təhlükəsizliyi üçün sərhəd bölgəsinə səyahət etməmək barədə xəbərdarlıq edib.
Tailand Xarici İşlər Nazirliyi, Kamboca ordusunun mülki əraziləri, o cümlədən xəstəxananı hədəf aldığını və ölümlə nəticələnən hücumlar təşkil etdiyini bildirib. Nazirlik qonşusunu beynəlxalq hüququn ciddi şəkildə pozulmasına son qoymağa çağırıb.
"Kamboca beynəlxalq hüquq və prinsiplərə uyğun olaraq silahlı hücumlara və ölkəmizin suverenliyini pozmağa davam edərsə, Tailand özünümüdafiə tədbirlərini gücləndirəcək" – deyə bəyanatda bildirilib.
Şəbnəm Mehdizadə
