Məzmuna keç

İtaliyada “Qərbi Nil” virusuna yoluxanların sayı artıb

İtaliyada "Qərbi Nil" virusuna (WNV) yoluxanların sayı son bir həftədə 20-yə yüksəlib.

E-huquq.az İtaliya mətbuatına istinadən xəbər verir ki, ağcaqanadlar vasitəsilə ötürülən yoluxucu xəstəliyə yoluxanların sayı sürətlə artır. İtaliya Səhiyyə İnstitutunun məlumatlarına görə, bu il ölkədə 10 yoluxma faktı təsdiqlənib.

İyulun 20-də Latina şəhərində 82 yaşlı qadının virusdan ölməsindən sonra Latsio və Campaniya bölgələrində aparılan testlərdən sonra yoluxmaların sayı 20-yə yüksəlib.

Campaniya Regional Hökumətinin sədri Vincenzo De Luca mətbuata bildirib ki, yolxuma hallarının sürətlə artmasına baxmayaraq, bölgədə vəziyyət nəzarət altındadır.

Campania bölgəsindəki Sessa Aurunca şəhərində dezinfeksiya işlərinə başlanılıb.

Qeyd edək ki, cari ilin mart ayında İtaliyada bir nəfər virusdan dünyasını dəyişib.

İtaliya Səhiyyə İnstitutunun məlumatına görə, 2024-cü ildə ölkədə 460 yoluxma faktı qeydə alınıb. Ötən il 20 nəfər bu virusdan dünyasını dəyişib.

Şəbnəm Mehdizadə