Rusiyanın Amur vilayətində baş vermiş “An-24” tipli sərnişin təyyarəsinin faciəvi qəzası ilə əlaqədar vilayətdə üç günlük matəm elan edilib.
E-huquq.az xəbər verir ki, bu barədə məlumatı vilayətin qubernatoru Vasili Orlov özünün "Telegram" hesabında paylaşıb.
“Bu dəhşətli hadisə 48 insanın həyatına son qoydu. İyulun 25-dən 27-dək Amur vilayətinin hər yerində bayraqlar endiriləcək”, – deyə qubernator qeyd edib.
Humay Eminqızı
