Məzmuna keç

Qaxda kişi restoranda pilləkəndən yıxılaraq öldü

Qaxda kişi restoranda pilləkəndən yıxılaraq ölüb.

E-huquq.az xəbər verir ki, Orxan Qarayev Qax şəhərində yerləşən restoranlardan birində ehtiyatsızlıqdan pilləkənlərdən yıxılaraq xəsarət alıb. O. Qarayev xəstəxanaya yerləşdirilsə də, orada ölüb.

Faktla bağlı Qax rayon prokurorluğunda araşdırma aparılır.