Yaponiyanın Tanba şəhərində temperatur 41,2 dərəcəyə çatıb.
E-huquq.az “Japan Times” qəzetinə istinadən xəbər verir ki, yüksək temperatur Yaponiyanın bir çox şəhərlərində müşahidə edilir.
Lakin Tanba şəhərində havanın temperaturu 41,2 dərəcəyə çatıb ki, bu da ölkə tarixində ən yüksək göstəricidir.
Rəsmilər ötən həftə ölkə üzrə 5000-dən çox insanın istilərlə bağlı xəstəxanalara yerləşdirildiyini bildirib.
Əhaliyə isti havanın günlərlə davam edə biləcəyi barədə xəbərdarlıq edilib.
Şəbnəm Mehdizadə
