Məzmuna keç

Bakıda liftdə qalan şəxslər xilas edildi

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə Bakı şəhərində liftdə qalma ilə bağlı daxil olan müraciətlər əsasında Nazirliyin müvafiq xilasetmə qüvvələri tərəfindən 4 xilasetmə əməliyyatı keçirilib.

Bu barədə e-huquq.az-a qurumun Mətbuat xidmətindən bildirilib.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 1-i uşaq olmaqla 13 nəfərə müvafiq köməklik göstərilib.