Məzmuna keç

Biləsuvarda azyaşlı qızın ölümü ilə nəticələnən qəza baş verdi

Biləsuvarda azyaşlı qızın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

E-huquq.az xəbər verir ki, hadisə rayonunun Ağalıkənd kəndi ərazisində baş verib.

İlkin məlumata görə, “Mercedes” markalı minik avtomobili azyaşlını vurub. O, aldığı xəsarətlərdən yerindəcə dünyasını dəyişib.

Hadisənin təfərrüatı araşdırılır.