Məzmuna keç

Bakıda narkotik aludəçiləri saxlanıldı

Bakının Yasamal rayonu ərazisində yerləşən yarımtikilidə narkotik aludəçilərinin sosial şəbəkələrdə yayılan görüntüləri polis əməkdaşları tərəfindən araşdırılıb.

E-huquq.az-ın məlumatına görə, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli bildirib ki, tədbirlərlə həmin şəxslər müəyyən olunub.

Onun sözlərinə görə, əvvəllər də məhkum olunan – Günel Məmmədova, Nurlan Mustafalı, Günay Babayeva və Orxan Haqverdiyev saxlanılaraq məsuliyyətə cəlb ediliblər.