Məzmuna keç

Cəlilabadda qadın qaynı tərəfindən qətlə yetirildi –

Avqustun 16-da saat 04 radələrində Cəlilabad rayonunun Alar kəndində 1963-cü il təvəllüdlü Nərimanova Rəviyyə Əliheydər qızının yaşadığı evdə kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

DİN Mətbuat Xidmətinin regional qrupundan e-huquq.az-a bildirilib ki, münaqişə zəminində həmin cinayət əməlini törətməkdə şübhəli bilinən qaynı, 1984-cü il təvəllüdlü Əliyev Təhmasib Tərixan oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırma aparılır.

***

Cəlilabadda 62 yaşlı Tərbiyə Nəriman qızı Nərimanovanı qətlə yetirməkdə şübhəli bilinən Təhmasib Tərxan oğlu Əliyev polis əməkdaşları tərəfindən axtarılır.

E-huquq.az xəbər verir ki, qətl ailədaxili münaqişə zəminində baş verib.

Qeyd edək ki, Təhmasib Əliyev ölən qadının qaynı olub.

***

Cəlilabadda baş vermiş qətldə ölən şəxsin kimliyi məlum olub.

E-huquq.az xəbər verir ki, Cəlilabad rayonunun Alar kəndində baş verən qətl hadisəsində ölən şəxsin kimliyi müəyyənləşib.

Məlumata görə, qətlə yetirilən kənd sakini 1963-cü il təvəllüdlü Tərbiyə Nəriman qızı Nərimanovadır. Onun qaynı Təhmasib Tərxan oğlu Əliyev tərəfindən öldürüldüyü bildirilir.

Qətlin motivi hələlik məlum deyil. Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda araşdırma aparılır.

***

Cəlilabadda qətl hadisəsi törədilib.

E-huquq.az xəbər verir ki, Cəlilabad rayonunun Alar kəndində qətl hadisəsi qeydə alınıb.

Məlumata görə, kənd sakini, orta yaşlı qadın naməlum şəraitdə qətlə yetirilib.

Hazırda hadisənin təfərrüatları dəqiqləşdirilir, faktla bağlı araşdırma aparılır.