Azərbaycan İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin hüquq-mühafizə orqanlarının korrupsiyaya qarşı mübarizədə əməkdaşlığı haqqında Məkkə Konvensiyasına qoşulub.
E-huquq.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlmasında Baş prokuror Kamran Əliyev məlumat verib.
Baş Prokuror həmin Konvensiyanın hazırlanmasında və qəbul olunmasında Azərbaycan Respublikasının da fəal iştirak etdiyini vurğulayıb.
O, Azərbaycanın bu Konvensiyaya məhz indi qoşulmasının mühüm əhəmiyyət daşıdığını bildirib: “Bilirsiniz ki, növbəti ildən Azərbaycan bu təşkilata sədrlik edəcək. Ümid edirəm ki, Azərbaycan bu dövr ərzində bütün sahələr üzrə, o cümlədən korrupsiyaya qarşı mübarizə sahəsində İƏT-ə üzv olan bütün dövlətlərlə səmərəli əməkdaşlıq həyata keçirəcək”.
Şəbnəm Mehdizadə
