Tramp Venesuelanı təyyarələrini vurmaqla hədələdi
ABŞ prezidenti Donald Tramp iki Venesuela döyüş təyyarəsinin ABŞ donanmasına aid gəminin yaxınlığından uçmasına reaksiya verib.
E-huquq.az xəbər verir ki, Tramp bu haqda Ağ Evdə keçirdiyi mətbuat konfransında danışıb.
"Əgər bizi təhlükəli vəziyyətə salsalar, o təyyarələr vurulacaq. Düşünürəm ki, onların problemi olacaq. Biz onlara bunu deyirik. Təhlükəli mövqedə uçsalar, nə etmək istədiklərinə kapitanlarımız özləri qərar verəcək", – deyə Tramp bildirib.

