- 08:00
Şəmkirdə qətl hadisəsi baş verib.
E-huquq.az xəbər verir ki, hadisə rayonun Sarıtəpə kəndində qeydə alınıb.
Belə ki, Bakı şəhər sakini T. Abdullayev bıçaq xəsarəti ilə xəstəxanaya aparılarkən yolda ölüb.
Araşdırma zamanı məlum olub ki, qətlə yetirilən T. Abdullayevi aralarında baş verən münaqişə zamanı qayınatası S. Əsgərov bıçaqla vurub.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.
Qətlin hansı səbəbdən baş verməsi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.